YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Mingəçevir Su Elektrik Stansiyasında diversiya törədilərsə, ermənilər bunun çox sərt və adekvat cavabını alacaqlar

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədiləcəyi barədə fikir səsləndirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əgər belə bir hadisə baş verərsə, ermənilər bunun çox sərt və adekvat cavabını alacaqlar. Azərbaycan Silahlı Qüvvələri düşmənin işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən bütün hərbi obyektlərinə zərbə endirmək imkanına malikdir. Erməni xalqı bilməlidir ki, bu cür təxribatlar onlar üçün daha acınacaqlı nəticələr verə bilər.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış Azərbaycan Ordusu hətta Yerevan şəhərini yerlə yeksan etmək əmrini icra etməyə qadirdir.

 

DİGƏR Xəbərlər Arxiv