YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarında İordaniya 11 idman növü üzrə 74 atletlə təmsil olunacaq

İordaniya Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına böyük əhəmiyyət verir.

Azərbaycanın İordaniyadakı səfirliyindən verilən məlumata görə, bu fikir səfir Sabir Ağabəyovun aprelin 13-də bu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Naser Eymən əl-Məcali ilə görüşündə səslənib. Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə olunub, əlaqələrin inkişafında Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında şəxsi dostluq münasibətlərinin müsbət rol oynadığı vurğulanıb.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan səfir S.Ağabəyov ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi geniş fəaliyyətindən söhbət açıb, bu il mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq əhəmiyyəti barədə danışıb. Səfir ölkəmizdə idmana göstərilən böyük dövlət qayğısı, təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün regionlarında inşa edilmiş müasir idman obyektləri, respublikamızın müxtəlif beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, idmançılarımızın qazandıqları nailiyyətlər barədə ətraflı məlumat verib.

Baş katib Naser Eymən əl-Məcali IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O, İordaniyanın bu Oyunlara böyük əhəmiyyət verdiyini, idmançıların yarışlara ciddi hazırlaşdıqlarını deyib. İordaniya idmançılarının beynəlxalq yarışlarda iştirakı barədə danışan Naser Eymən əl-Məcali IV İslam Həmrəyliyi Oyunlarında ölkəsindən 11 idman növü üzrə kişi və qadın olmaqla 74 idmançının iştirak edəcəyini bildirib. Baş katib deyib ki, o, Bakıya gedəcək 107 nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. O, ölkəsinin İslam Həmrəyliyi Oyunları tarixində indiyədək cəmi 9 medal (3 qızıl, 1 gümüş və 5 bürünc) qazandığını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişə ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

DİGƏR Xəbərlər Arxiv