YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağ Evin qarşısında erməni təcavüzünə qarşı etiraz aksiyası keçirilib

Avqustun 7-də Ağ Evin qarşısında “Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandır!” devizi ilə etiraz aksiyası keçirilib. Vaşinqtonda və onun ətrafında yaşayan, habelə Nyu York şəhərindən gələn azərbaycan və türk icmasının üzvləri Qarabağın işğalını pisləyən, BMT Təhlükəsizlik Şurasının işğal altındakı Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edən, ABŞ administrasiyasını Ukrayna, Gürcüstan, Moldovada və Azərbaycanın məruz qaldığı separatizmi tənqid etməyə çağıran plakatlar nümayiş etdiriblər.

Aksiya boyunca “Erməni təcavüzünə son qoyun!”, “Sarkisyan – cinayətkar!”, “Qarabağ Azərbaycan torpağıdır”, “Cənab Prezident, separatizmi tənqid edin!”, “Biz sülh istəyirik!”, “Prezident Obama, Azərbaycana dəstək verin!” şüarları səslənib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamını təsvir edən fotoşəkillər və plakatlar da nümayiş olunub.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Bədir Məmmədli qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə gün əvvəl törətdikləri diversiya aktları yolaverilməzdir. Ermənistanın artıq 26 ildir davam edən işğalçı siyasətinə son qoyulmalıdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını qaytarmaq hüququna malikdir və Amerika azərbaycanlıları Prezident Obamanı və ABŞ administrasiyasını bu işdə ölkəmizə dəstək olmağa çağırır.

Əslən Şuşa şəhərindən olan Pənah İbrahimov deyib ki, regionda separatizma son qoyulmalı və ABŞ hökuməti başqa ölkələrdə tətbiq etdiyi ərazi bütövlüyünə dəstək siyasətini açıq şəkildə Azərbaycana da şamil etməlidir. Ermənistandan qəti surətdə tələb olunmalıdır ki, işğal altında saxladığı Azərbaycan torpaqlarını dərhal boşaltsın.

Aksiyaya toplaşan 80 nəfərə yaxın icma üzvü Prezident Obamanı Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv