YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Bu ilin birinci rübü uğurlarla yadda qaldı

«Azərbaycan dünya iqtisadi böhranının təsirlərindən ən az zərər çəkən ölkədir. Ölkəmiz dünya iqtisadi böhranını çox uğurla önləmiş oldu və inamla post-neft dövrünə qədəm qoyub və yeni uğurlar əldə etməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan ötən ilin göstəricilərinə görə nüfuzlu beynəlxalq  reytiq agentliklərinin  yüksək qiymətinə layiq görülüb, mövqeyini daha da möhkəmlədib. Bu ilki uğurlarımız daha yüksək olacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında sosial siyasətlə bağlı öz mesajlarını çatdırıb.

«Bu il ölkədə yeni iş yerlərinin əksəriyyəti daimi olmaqla regionlarda açılacaq. Regionlarda məşğulluğun təmin olunması həm bölgələrin demoqrafik proseslərinə müsbət təsir göstərəcək, həm də qeyri-neft sektorunun xüsusi bir tərkib hissəsi olan kənd təsərrüfatının və turizmin inkişafına səbəb olacaqdır. Eyni zamanda, cənab Prezident insanların sosial müdafiəsinin gücləndirilməsində mühüm amil olan əmək haqlarının, pensiyaların vaxtında əhaliyə çatdırılması, indeksiyasiyanın aparılması, inflyasiyaya uyğun olaraq əmək haqlarının, pensiyaların  artırılmasının  da gündəmdə durduğunu vurğulayıb. Əhalinin sosial müdafiəsində ən mühüm faktorlardan olan səhiyyə sahəsi ilə bağlı da cənab Prezident öz tövsiyələrini verib. Prezidentin tapşırığına əsasən ötən ildən Azərbaycanda əhalinin dövlət vəsaiti hesabına icbari tibbi müayinəsi həyata keçirilir və ötən il 5 milyon insan belə müayinədən keçirilib. Cənab Prezidentin qeyd etdiyi kimi, bu il də əhalinin tibbi müayinəsi aparılır. Eyni zamanda, ötən illərdə 600-dən çox tibb müəssisəsinin tikilməsi və yaxud yenidən qurulması , ən müasir avadanlıqla təmin edilməsi Azərbaycan vətəndaşlarının sağlamlığının dövlət səviyyəsində qorunmasının bariz nümunəsidir. Bütövlükdə bu ilin birinci rübü uğurlarla yadda qaldı»- deyə, M.Quliyev vurğulayıb.