YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Kaznaçeyev: "Qazprombank" Azərbaycanın iri şirkətləri ilə sıx əməkdaşlıq edir

Rusiyanın ən böyük 3 bankından biri olan “Qazprombank” yüksək beynəlxalq reytinqə malikdir. Biz Azərbaycanın iri şirkətləri, o cümlədən SOCAR-la sıx əməkdaşlıq edirik.

Bu sözləri aprelin 13-də "Qazprombank"ın Bakıya səfərə gələn biznes missiyasının toplantısında çıxış edən qurumun 1-ci vitse-prezidenti Aleksandr Kaznaçeyev deyib.

A.Kaznaçeyev, həmçinin bildirib ki, “Qazprombank” SC-yə daxil olan şirkətlər tərəfindən Azərbaycana maşınqayırma, neft və digər sahələrdə ən müasir texnologiya və avadanlıqlar göndərilir.

Qeyd edək ki, “Qazprombank” Rusiya-Azərbaycan İşgüzar Forumunun üzvüdür.