YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini sutka ərzində 58 dəfə pozublar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 58 dəfə pozulub.

Ermənistan ordusunun bölmələri avqustun 7-də və 8-də gecə

Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ermənilər Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəşə açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

DİGƏR Xəbərlər Arxiv