YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Bəzi ölkələr Azərbaycanın alternativ enerjidən istifadə təcrübəsindən yararlanmaq niyyətindədirlər

Bu gün Azərbaycan ilə Gürcüstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) çərçivəsində sıx əməkdaşlıq edirlər. Qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstanın bu əməkdaşlığı təkcə regionun deyil, QDİƏT-ə üzv olan digər ölkələrin inkişafında, əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Bu sözləri QDİƏT PM-in baş katibi Asəf Hacıyev söyləyib.

Baş katib deyib ki, bu gün bir sıra beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT PM alternativ enerji mənbələrindən istifadə barədə düşünürlər. Parlament Məclisinin komitə iclasında da bu məsələ diqqət mərkəzində olacaq. Azərbaycanda da alternativ enerjidən istifadə olunur və bəzi ölkələr bu təcrübədən yararlanmaq niyyətindədirlər. Gürcüstan bu sahədə də Azərbaycan ilə əməkdaşlıq edir.

A.Hacıyev deyib ki, biz alternativ enerji mənbələrindən istifadə, bu sahədə birgə əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik. Bu qərarlar Baş Assambleyada müzakirə olunduqdan sonra üzv ölkələr üçün tövsiyə xarakterli qərarlar qəbul ediləcək.

İnanırıq ki, bu da həmin ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyində və birgə əməkdaşlığında mühüm rol oynayacaq.

DİGƏR Xəbərlər Arxiv