YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Nuriyev: Tikinti sektoru iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən birinə çevrilib

«Ötən 10 ildə Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 8 dəfəyədək artmış və nəticədə iqtisadiyyatın bu sektoru sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir». Bu fikri Azərbaycan Respublikasının Prezidenti  yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

S.Nuriyev bildirib ki, bu dövr həm də Azərbaycanda tikinti sənayesində yeni sahələrin yaranmasına səbəb olub. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı, tikinti sektorunda müşahidə edilən yüksəliş, ilk növbədə, tikinti materialları sənayesinin yenidən canlanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları tikilmiş, metal konstruksiyaları, müasir tikinti materialları istehsal edən müəssisələr yaradılmışdır.

«Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilmişdir. 2016-cı ilin aprel ayında ölkə başçısının Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə Azərbaycanda yeni sosial hərəkatın əsası qoyulmaqla yanaşı uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində mühüm islahedici addım atıldı. Əsas vəzifələrindən biri ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə olan tələbatının ödənilməsi olan Mənzil İnşaatı Dövlət Agentliyi həmçinin Azərbaycanda müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməlidir. Fəaliyyətə başladığı ilk gündən Agentlik güzəştli mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Ölkə başçısının Agentliyin fəaliyyətinə göstərdiyi dəstək sayəsində 2016-cı ilin dekabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə Agentliyin ilk layihəsi olan, 29 binadan ibarət Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Kompleksdə inşa olunacaq ilk doqquzmərtəbəli binanın və ümumtəhsil məktəbinin təməli qoyulmuşdur. Bu gün zəngin tarixi ənənələrə köklənən Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafı, vətəndaşının mənafelərinin qorunması, onun sosial müdafiəsinin gücləndirilməsi, həyat keyfiyyətinin artırılması, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə hədəflənən dövlət siyasətinin qətiyyətlə reallaşdırılması prosesi dönməzdir»- deyə, S.Quliyev qeyd edib.