YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlillərindən ibarət daha 100 nəfər avtomobillə təmin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, avqustun 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobıl AES və 45 nəfəri hərbi xidmət əlili olan ümumilikdə 100 nəfər əlilliyi olan şəxs "Naz-Lifan" markalı minik avtomobili ilə təmin olunub.

Nazirlikdən verilən məlumata görə, avtomobillərin təqdim edilməsi zamanı bildirilib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər daim Prezident qayğısı ilə əhatə olunub. Bunun növbəti əməli təsdiqi kimi möhtərəm dövlət başçısı tərəfindən imzalanan 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamlara əsasən, cari ilin aprelindən bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil edilməklə 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib. Cari ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.

İndiyədək qeyd olunan təbəqələrdən olan 5106 nəfər əlilliyi olan şəxsin dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edildiyi vurğulanaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da daim ölkə rəhbərinin diqqət mərkəzində olduğu bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamı bu sahədə mühüm irəliləyişə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.