YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Xarici İşlər Nazirləri Şurasının Daşkənddə keçiriləcək iclası çərçivəsində ekspertlərin toplantısı olub

Aprelin 7-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclas çərçivəsində Daşkənddə ekspertlərin toplantısı olub.

Toplantıda bildirilib ki, Şuranın iclasında 16 məsələ müzakirəyə çıxarılacaq. Bu məsələlər MDB ölkələri arasında siyasi, ticarət-iqtisadi, hüquqi, mədəni-humanitar və digər istiqamətlərdə əlaqələrin daha da inkişafı, regional təhlükəsizliyin təmin olunması, cinayətkarlığın qarşısının alınması və s. sahələri əhatə edir.

Şuranın iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.