YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim Səmədov: Ölkəmizdə turizm inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir

«Ölkəmizdə turizm inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir». Bu fikri  mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bildirib ki, turizmin inkişafı istiqamətində Prezident İlham Əliyevin qərarları və tapşırıqları müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, ötən ildən başlayaraq Azərbaycana daha çox turist gəlir.

« Bu ilk növbədə müəyyən maneələrin aradan qaldırılması ilə bağlıdır. Bu maneələrin aradan qaldırılması turizm sahəsinin inkişafına əlavə təkan verib. Hazırkı məqamda bizim əsas məqsədimiz keyfiyyəti artırmaqla, təhlükəsizliyi qorumaqla yeni məhsulu təqdim etməkdir. Keyfiyyət və təhlükəsizlik məsələləri yeni  hazırlanan «Turizm haqqında» qanunda əsas yer tutur. Keyfiyyət və təhlükəsizlik baxımından Dövlət Turizm Reyestrinin yaradılması vacibdir. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir»- deyə, nazir müavini vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv