YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Ermənistanda keçirilən seçkilər gözləniləndən daha artıq saxtakarlıqlarla müşaiyət olundu

«Ermənistanda keçirilən seçkilər gözləniləndən daha artıq saxtakarlıqlarla müşaiyət olundu». Bu fikri AŞPA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Sarkisyan komandasının hələ seçkilərdən öncə inzibati resurslardan istifadə etməsi, müxalif qüvvələrə qarşı davranışları seçkinin nəticələrinin saxtalaşdırılacağından xəbər verirdi. Onun sözlərinə görə, yalnız saxtakarlığın miqyasının bu qədər böyük olması isə bu ölkədəki siyasi böhranın hansı kritik vəziyyətdə olduğunu bir daha aşkar şəkildə üzə çıxardı.

«Seçkilərin nəticələrindən qaynaqlanan siyasi qarşıdurmalar Ermənistanda yenidən kütləvi akisyalara rəvac verə bilər. Artıq Ermənistan əhalisi anlayır ki, Sarkisyan komandası bu ölkədə hər hansı bir irəliləyiş yarada bilməyəcək. Seçkidən öncə müxalifətin Ermənistanın inkişafı ilə bağlı fikirlərinin hamısında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qırmızı xəttlə keçirdi. Yəni, bunu Ermənistanda artıq hər kəs dərk edir ki, bu dövlətin varlığı üçün mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı ölkənin siyasi gündəmi yeni qarşıdurmaların oldacağını deməyə əsas verir. Saxtakarlıqların miqyası o qədər böyükdür ki, bunu gizlətmək mümkün deyil. Digər tərəfdən, Sarkisyan komandasının özbaşnalıqlarından cana doyaraq bu ölkəni tərk edənlərin də sayı artmaqdadır. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu sual altına düşür»- deyə, S.Qafarova vurğulayıb.