YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qeyri-neft sektorunun inkişafı iqtisadi məsələ olmaqla yanaşı, həm də sosial yönümlü məsələdir

«Ölkəmizdə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycan yeni mərhələdə özünün iqtisadi siyasətini konseptual formada qeyri-neft sektorunun inkişafı üzərində qurub. Onun sözlərinə görə,  Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıda duran vəzifələr haqqında da mühüm tapşırıqlar verib.

«Qeyri-neft sektorunda əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəlməlidir ki, bu məhsullar “Made in Azerbaijan” brendi ilə xaricə çıxarılsın və ölkəmizə valyuta gəlsin. Bu gün Azərbaycan məhsulları dünyanın bir çox ölkəsinə ixrac edilir. Artıq Azərbaycan öz milli brendləri ilə də dünyada tanınır, etibarlı tərəfdaşa çevrilib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını qeyri-neft sektoru hesabına qurub inkişaf etdirə bilər. Qeyri-neft sektorunun inkişafı iqtisadi məsələ olmaqla yanaşı, eyni zamanda sosial yönümlü məsələdir. Bu sektorun inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur, insanların məşğulluğu artır, sosial vəziyyətləri yaxşılaşır»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv