YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın tanınmış alimi Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiya hazırlayıb

Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib.

Mətbuat Şurasından bildiriblər ki, sənədə hazırda 5 minədək şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 15 min imzaya ehtiyac var.

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılır. Sənəddə məlumat verilir ki, insanlığa qarşı böyük terror aktını bır sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.

Azərbaycan Mətbuat Şurası media nümayəndələrini bu linkdə  yer alan petisiyaya imza atmağa, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə çağırır.