YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Aprel döyüşləri böyük tarixi qələbəmizdir

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov qeyd edib ki, aprel döyüşləri Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarını istənilən an geri qaytarmaq gücündə olduğunu sübut etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytardıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan azad edildi. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir.

Milli Məclisin komitə sədri vurğulayıb ki, bu döyüşlərdən sonra Ermənistan cəmiyyətində çox böyük qarşıdurma yarandı. Aprel döyüşlərinə qədər belə bir mif formalaşmışdı ki, guya Ermənistanın güclü ordusu var. Bu mif tamamilə darmadağın edildi. Belə bir fikir də yaranmışdı ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə guya Ermənistana başqa dövlətlər kömək edəcək. Ermənistan bu köməyi də görmədi. Artıq Ermənistan cəmiyyətində həm bu ölkədə keçiriləcək parlament seçkiləri, həm də aprel döyüşlərinin ildönümü ərəfəsində hakimiyyətdən belə bir tələb irəli sürülür ki, Azərbaycanla sülhə gedilməlidir və Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınmalıdır. Bu, Ermənistanın yeganə çıxış yoludur. Aprel döyüşlərinin verdiyi nəticə bundan ibarətdir.

Belə bir mif də yaradılmışdı ki, işğal olunmuş ərazilər guya Azərbaycanda yetişən gənc nəslin yadından çıxıb. Lakin aprel döyüşləri bunun da belə olmadığını sübut etdi. Azərbaycan gəncləri dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşdilər, ordumuza güclü dəstək nümayiş etdirdilər. Bu da gənclərimizdə olan güclü vətənpərvərliyi bir daha göstərdi.

DİGƏR Xəbərlər Arxiv