YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ABŞ-dakı səfirliyi Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

“Yahoo News” xəbər portalında Azərbaycanın ABŞ-dakı səfirliyinin dünya birliyinə müraciəti dərc edilib.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü şiddətli hücumlarla kəskinləşib” (http://news.yahoo.com/armenias-aggression-escalated-massive-attacks-against-azerbaijan-120000372.html) sərlövhəli müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində və Azərbaycanın Dağlıq Qarabağ regionunda qoşunların təmas xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı hücuma keçiblər.

Ermənistanın məsuliyyətsiz və təhrikçi, zorakılığın geniş miqyas alması və hər iki tərəfdən insan tələfatı ilə nəticələnmiş hərəkətləri bir daha sübut edir ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən hələ də davam edən işğalı Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ən böyük təhdid kimi qalır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müraciətində daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı sitat gətirilir. Bu sənəddə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində olması faktının sülh prosesinə ən böyük əngəl olması vurğulanır. Ermənistan işğalının nəticələrini, o cümlədən Ermənistan ordusu tərəfindən həyata keçirilmiş etnik təmizləmə aktından sonra bir milyon dinc sakinin kütləvi şəkildə qovulmasını da inkar edir.

Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması münaqişənin dinc yolla tənzimlənməsi üçün müsbət addım olar. Məlumatda daha sonra bildirilir ki, beynəlxalq birlik tərəfindən dövlətlərin ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi, təcavüzkar separatizmin və etnik təmizləmələrin pislənilməsi də vacibdir. Azərbaycanın ABŞ-dakı səfirliyi sonda Azərbaycan ərazisinin Ermənistan tərəfindən qanunsuz işğal edilməsinə və zorakılıq aktlarına qarşı çıxış edən ölkəmizin mövqeyinin dəstəklənməsi üçün beynəlxalq birliyi Ermənistana qarşı sanksiyalar məsələsinə baxmağa çağırıb.

DİGƏR Xəbərlər Arxiv