YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistanın cəbhədə törətdiyi təxribatlara görə dünya ictimaiyyəti də məsuliyyət daşıyır

«Ermənistanın cəbhədə törətdiyi son təxribatlar ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində hər şey aydın göstərilib. Onun sözlərinə görə, ancaq bütün bu qətnamələr 20 ildən artıqdır ki, yalnız kağız üzərində qalır.

«Bütün bunlar beynəlxalq ictimaiyyətin ikili standart aparmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir. Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın son təxribatlar zamanı verdiyi hər bir şəhidə, hər bir yaralıya görə məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, ermənilərin cəbhədə törətdiyi son təxribatlar zamanı Azərbaycan hərbçilərinin öldürülməsinin məsuliyyəti işğalçı, terrorçu Ermənistan hakimiyyəti ilə yanaşı, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin də üzərinə düşür. Ona görə də ən qısa zamanda bu işğala, təcavüzə son qoyulmalıdır. ATƏT-in Minsk qrupunun bəyanatında Ermənistan ilə Azərbaycan bərabərləşdirilməməlidir. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv