YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin bir qrup əməkdaşı təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin dörd, Xarici Kəşfiyyat Xidmətinin bir əməkdaşı general-mayor ali hərbi rütbələri ilə təltif olunub.

Digər bir Sərəncamla isə Dövlət Təhlükəsizliyi Xidmətinin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə”, üç əməkdaş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dörd nəfər “Vətən uğrunda”, dörd nəfər “İgidliyə görə”, 8 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.