YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır

«Azərbaycanda iqtisadi islahatlar dərinləşir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar irimiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son illərin statistikası göstərir ki, ölkədə istehsal olunan ümumi məhsulun quruluşunda qeyri-neft sektorunun payı artmağa meyl edir.

«Bu fakt göstərir ki, artıq iqtisadiyyatımız  neftdən asılı deyil. Qeyri-neft sektoru inkişaf etdikcə, ümumi daxili məhsulda onun həcmi artır. İqtisadi fəallığı artırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xüsusi əhəmiyyət kəsb edir. bu sərəncamlar nəticəsində sənaye və texnologiyalar parkları yaradılır, regionların sürətli inkişafına xidmət edən məqsədli proqramlar həyata keçirilir. Bütün bunlar respublikanın iqtisadi həyatında baş verən ən böyük hadisələrdir. Bilirsiniz ki, Sumqayıt Texnologiyalar Parkı yaradılıb,  Qaradağda gəmiqayırma, Balaxanıda məişət tullantıları zavodu tikilib. Mingəçevirdə, Neftçalada böyük sənaye məhəllələri yaradılır. Eləcə də, respublikanın digər bölgələrində də müxtəlif müəssislələr yaradılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir. Əlbəttə, görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır»- deyə, Z.Səmədzadə vurğulayıb.