YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək

«Dünyada böhran səbəbindən sosial-iqtisadi istiqamətlər ciddi problemlə üzləşib. Belə bir şəraitdə cənab Prezident olmaqla, Azərbaycan hökuməti çox ciddi islahatlar həyata keçirib». Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, sosial ödənişlər, insanların gündəlik həyatı ilə bağlı məsələlər yüksək səviyyədə həyata keçirilir. Onun sözlərinə görə,  iqtisadi sabitlik qorunub saxlanılıb, sahibkarlığın inkişafına təkan verilib.

«Təbii ki, dünyada gedən iqtisadi proseslər Azərbaycana müəyyən mənada təsir edir. Belə bir şəraitdə hökumət sistemli, koordinasiya olunmuş formada fəaliyyət göstərir. Son zamanlar müxtəlif istiqamətlərdə yeni iş yerlərinin açılması, iqtisadiyyatın genişləndirilməsi üçün infrastruktur layihələri həyata keçirilib. Bütövlükdə, həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək»- deyə, komitə sədri qeyd edib.