YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan hökumətinin 2016-cı il ərzindəki fəaliyyəti qənaətbəxşdir

«Azərbaycan hökumətinin 2016-cı il ərzindəki fəaliyyəti qənaətbəxşdir. Ötən ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumət çox mühüm işlər görüb, tədbirlər həyata keçirib, uğurlu fəaliyyət göstərib». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  Siyavuş Novruzov parlamentdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, ötən il Azərbaycanda islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib. Onun sözlərinə görə, təkcə ötən il Milli Məclisdə həm iqtisadiyyatımız, həm bank kredit, həm vergi, həm də digər sahələrlə bağlı qanunlar qəbul olunub.  «Azərbaycan Prezidentinin təşəbbüsü ilə  hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq quruculuq işlərini və digərlərini  nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə  yüksək fəaliyyət göstərdiyini deyə bilərik. Hesab edirəm ki bu fəaliyyət gələcək də də davam edəcək. Bəzən  müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan və olmayan ölkələrə də nəzər salsaq,  orada da qiymət artımının, eləcə də valyuta dəyişməsindəki fərqlərin olduğunu görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var»- deyən, YAP İcra katibinin müaviniqeyd edib  ki, qiymətlərin süni şəkildə atırılmasının qarşısı alınmalıdır.

Daha sonra S.Novruzov bir sıra təkliflərlə çıxış edib.    Onun sözlərinə görə, yerli kommersiya bankları vətəndaşlara, o cümlədən sahibklara kreditləri yüksək faizlə verilməməlidirlər: “Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz.  Dollarla  depoziti vətəndaşdan 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verilir.  Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Məlumdur ki, bu krediti götürən şəxs onu qaytarmaqda çətinlik çəkir. On agörə də,  Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməli və hesablanmalıdır ki,  hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir.  Banklar vətəndaşların düşdüyü vəziyyətdən vətəndaşları soyur, onları hüquq mühafizə orqanları qarşısında asılı vəziyyətə salırlar. Bu məsələlər ölçülüb- biçilməlidir, dünya praktikasından istifadə olunmalıdır. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Prezidentimiz dəfələrlə qeyd qeyd edib ki, bütün quruculuq işləri vətəndaşlarımız üçündür və biz vətəndaşlarımızı qorumalıyıq».

Daha sonra S.Novruzov ölkəmizdə struktur ishalatları il əbağlı məsələlərə toxunub. Azərbaycanda 20-ə yaxın nazirlik, şirkət və komitənin fəaliyyət göstərdiyini deyən millət vəkilinin sözlərinə görə, bu strukturlarla islahatlar sistemli şəkildə aparılmalıdır: «Elə qurum var ki, onların yerli strukturları regional, bəziləri də hər bir rayonda fəaliyyət göstərir. Hesab edirəm ki, bu məsələyə vahid yanaşma olmalıdır. Kim hansı rayonda istəyirsə, orada rəhbərlik etdiyi qurumun regional mərkəzini yaratması doğru deyil. Bunun effektliliyi öyrənilibmi? Bəzi hallarda, həmin strukturlar 2 aydan  sonra ləğv olunaraq əvvəlki fəaliyyətinə qayıdır. Çox müsbət haldır ki, icbari sığortanın tətbiqi ilə bağlı iki rayonda pilot layihə həyata keçirilir. Əgər bu özünün doğruldursa, digər rayonlara da tətbiq olunacaq. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli icra hakimiyyətlərinin başçıları    cənab Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Doğrudur, Prezidentin tapşırığı ilə nazirlər ayrı-ayrı rayonlarda görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin  kimin nə işi varsa,  haqlı olaraq birbaşa rayon İcra Hakimiyyətinə müraciət edir.  Çünki vətəndaşlar bilir ki,  hökumətin yerlərdə nümayəndəsi  rayon İcra Hakimiyyətidir. Lakin biz  onlardan bütün saəlahiyyətləri alıb mərkəzləşdirilmiş qaydada müəyyənləşdirdikdən sonra yerli icra hakimiyyətlərinndə heç bir səlahiyyət qalmır».

S.Novruzov, həmçinin, özəl müəssisələrdə  insanların yerli-yersiz işdən çıxarıldığını, yaxud işçilərin əmək haqlarının kəsildiyini bildirib. Onun fikrincə, belə halların da qarşısı alınmalıdır: «Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektordan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik.  Özəl sektorlar öz ciblərinə deyil, vətəndaşların cibinə toxunurlar. Buna nəzarət olunmalıdır». Çıxışının sonunda millət vəkili bütövlükdə hökumətin illik hesabatının qənaətbəxş olduğunu qeyd edib.