YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb

Azırbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və düşünülmüş siyasət nəticəsində dünya iqtisadiyyatında baş verən qeyri-müəyyən vəziyyətin Azərbaycan iqtisadiyyatına mənfi təsiri xeyli azaldılıb.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün Milli Məclisin iclasında çıxışı zaman deyib./Trend/

O.Əsədov qeyd edib ki, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət höküm sürüb.

Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan iqtisadiyyatında müsbət artımlar baş verib.

O.Əsədov bildirib ki, ötən il Azərbaycanda turizm, kənd təsərrüfatı, telekommunikasiya sahəsində müsbət artımlar müşahidə olunub. Spiker deyib ki, Azərbaycan işgüzar mühitə görə Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” hesabatında 195 ölkə arasında 65-ci yerdə dayanır.

Spiker əlavə edib ki, Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayıb. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanın 186 ölkə xarici ticarət dövriyyəsi 17 milyard dollardan artıq təşkil edib.

DİGƏR Xəbərlər Arxiv