YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından siyasi təzyiq kimi istifadəsinə qarşıdır

Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından siyasi təzyiq kimi istifadəsinə qarşıdır.

Bu sözləri "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəfələrlə beynəlxalq tədbirlərdə bu məsələ qaldırılıb. “Ötən il Koreya Respublikasında keçirilən Dünya Su Forumunda da çıxış edərkən Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etdiyini diqqətə çatdırmışam. Dünya Su Şurasının bu məsələyə münasibəti birmənalıdır. Bu təşkilat insanlıq əleyhinə olan bütün təhdidlərə qarşıdır”, - deyə Q.Hüseynov bildirib.