YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: Əhəmiyyəti ildən-ilə artan Bakı Forumu ətrafına nüfuzlu insanları toplayır

Bakı Forumunun əhəmiyyəti ildən-ilə artır və o, ətrafında nüfuzlu dövlət adamlarını toplayır. Dünya liderlərinin Forumda müzakirə olunan məsələlərin həlli baxımından töhfələri böyükdür. Suriya böhranı üzləşdiyimizi ən böyük problemlərdən biridir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri istənilən problemin həllində vacib rol oynayır.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Albaniya Prezidenti Buyar Nişani deyib.

Azərbaycan Respublikasının səylərini, Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirən Buyar Nişani böhranların beynəlxalq münasibətləri dəyişdiyini qeyd edərək, sülh yolu ilə birgə məqsədlərə nail olmağın əhəmiyyətinə toxunub.

Albaniya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən danışan Prezident Buyar Nişani ölkələrimizin tarixinin, ənənələrinin xalqlarımızı bir-birinə daha sıx bağladığını qeyd edib. “Ötən müddət ərzində siyasi təmaslar getdikcə artıb. Biz gücümüzü Avropa üçün mühüm əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına yönəltmişik. Əsas məqsədimiz bu sahədə Azərbaycan ilə daha yaxından işləməkdir. Biz, eyni zamanda, Azərbaycandan və digər Avropa ölkələrindən olan biznes dairələrinin diqqətini cəlb edə bilərik. Bu mənada biznesmenləri enerji, kənd təsərrüfatı, turizm sahələrində mümkün əməkdaşlığın yollarını araşdırmaq üçün Albaniyaya dəvət edirəm. Hər iki ölkənin biznes dairələrinin nümayəndələri təcrübələrini bir-biriləri ilə bölüşə bilərlər. Biz bu sərvətlərdən istifadə edə və əməkdaşlığı dərinləşdirə bilərik”, - deyə Buyar Nişani vurğulayıb.