YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın Baş naziri: Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyəti təcrübə mübadiləsi və bəzi əsas problemlərdə razılığın əldə olunması üçün birləşdirir

Qlobal Bakı Forumunun artıq beşinci dəfə keçirilməsi, eləcə də bu tədbirin indiki və keçmiş dünya liderlərinin yaxınlaşmasına yardım etməsi ilə əlaqədar Azərbaycanı təbrik etmək olar. Bu sətirlər, Böyük Britaniyanın Baş naziri Tereza Meyin V Qlobal Bakı Forumunun açılışında Böyük Britaniya və Şimali İrlandiya Krallığının Bakıdakı müvəqqəti işlər vəkili Stefan Makkormik tərəfindən oxunan məktubunda yazılıb.

Məktubda qeyd olunur ki, bu il Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur: “Bu müddət ərzində biz möhkəm və səmərəli münasibətlər qurmuşuq. Biz bir çox vacib məsələlərdə əməkdaşlığımızı möhkəmləndirməyə davam edirik”.

Məktubda o da bildirilir ki, Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyəti təcrübə mübadiləsi və bəzi əsas problemlərdə razılığın əldə olunması üçün birləşdirir.