YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart yanaşmaya çevrilib

Bu gün dünyada baş verənlər onu göstərir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəklərinə və cari siyasi maraqlarına uyğun təfsir olunur. BMT çərçivəsində islahatlar və ümumiyyətlə, beynəlxalq təşkilatların qərarlarının icrası barədə danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir.

Bu fikirləri V Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı bildirib ki, qərarlar qəbul edilib icra olunmursa, çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün təhlükədir. Bu, o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər. Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, təcavüzə, işğala və dinc azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Məhz o zaman bu, ədalət və vahid standartın göstərici olacaq.

Azərbaycan Prezidenti qeyd edib ki, bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.