YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Xalqımız İslami dəyərləri hər zaman qoruyur

«Azərbaycan İslam etiqadını çox çətin şəraitdə qoruyub saxlaya bilib. Bütün dünya bilməlidir ki, İslam mənəviyyatını qoruyub saxlamaq bizə heç də asan başa gəlməyib. On minlərlə insanlarımız həlak olub. Azərbaycana qarşı dəhşətli soyqırımıları həyata keçirilib. Lakin xalqımız buna baxmayaraq İslami dəyərlərini qoruya bilib".  Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı  Yaqub Mahmudov deyib.

 Y.Mahmudov bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə məscidlərimiz tikilib və  bərpa edilib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti hazırda davam etdirir.  

«Azərbaycanda yalnız İslam deyil, bütün səmavi dinlər qorunub saxlanılıb. Bu gün Azərbaycanda onların dinləri, mədəniyyəti yaşamaqla yanaşı, milli azlıqlar ölkəmizdə tolerantlıq şəraitində yaşayırlar. Bu bizim multikulturalizm dəyərlərimizdir» - deyə, Y.Mahmudov vurğulayıb.