YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Son hadisələr ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərir

«Ermənistan təcavüskar dövlət kimi çoxdan beynəlxalq güclərin ciddi sanksiyalarına məruz qalmalı idi. Lakin Ermənistanın son günlər cəbhə xəttində törətdiyi təxribatlara beynəlxalq ictimaiyyətin münasibəti dünyada ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərdi». Bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri hələ də hər iki tərəfi sülhə çağırır, atəşkəs rejiminə əməl etməyə dəvət edir. Onun sözlərinə görə, Ermənistan təcavüzkar kimi yenə də kənarda qalır və ittiham olunmur.

«Yenə də ikili standart, yenə də təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan eyniləşdirilir. Bu, əlbəttə, təəssüf doğurur. 20 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının barəsində Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmaqla bağlı dörd qətnamə qəbul etdiyi Ermənistana qarşı sanksiyalar tətbiq edilmir? Deməli, dünyada ikili standartlar var və son hadisələr də bu ikili standartlarda zərrə qədər də dəyişikliyin olmadığını göstərir»- deyə, F.Ağamalı qeyd edib.