YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla NATO arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək

Azərbaycanla NATO arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək.

Bakıda keçirilən "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışında NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue deyib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə NATO-nun mənzil qərargahına səfər edəcək. /Trend/

Onun sözlərinə görə, A.Əzimov NATO-nun qərargahında danışıqlar aparacaq və həmin danışıqlarda tərəflər arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək.

Sənəd Azərbaycan və NATO arasında İPAP üzrə əməkdaşlığın yenilənmiş mərhələsi olacaq.