YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı deputat: Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır

Böyük Britaniya Leyborist Partiyasının ölkə parlamentdəki üzvü Jerri Satklif (Gerri Sutkliffe) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış duruma şərh verib. /Trend/

Britaniyalı deputat qeyd edib ki, son günlər münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi həlak olub, 2 azərbaycanlı mülki şəxs isə qanunsuz olaraq həbs edilib.

O, bildirib ki, Azərbaycana məxsus olan ərazilər qaytarılmalı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə öz evlərinə geri dönmək üçün imkan verilməlidir: "Mən Azərbaycanda səfərdə olan zaman məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib onların şəraiti ilə yaxından tanış olmuşam. Azərbaycan hökumətinin məcburi köçkünlər üçün rahat yaşayış şəraiti yaratmaq üçün səy göstərdiyi zaman yenə də bu insanların ən böyük arzusu öz evlərinə qayıtmaqdır. Ermənistan buna dair öz öhdəlikləri ilə bağlı ölçü götürməli və yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır".

 

DİGƏR Xəbərlər Arxiv