YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Sekuta: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün var gücümüzlə çalışacağıq

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həddindən artıq uzanıb.

Bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Bu problem danışıqlar yolu ilə həll edilməlidir. Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədri kimi bu istiqamətdə öz səylərini göstərir. Digər həmsədrlərlə birlikdə səylərimizi artırırıq ki, bu münaqişə həll edilsin. Bu yaxınlarda həmsədrlərin bölgəyə səfəri planlaşdırılır. Münaqişənin həlli üçün var gücümüzlə çalışacağıq.