YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nizami rayon təşkilatının IX konfransına 240-a yaxın nümayəndə müəyyənləşdirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri yekunlaşmaq üzrədir. Belə ki, 27 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatı Şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilmişdi. Məhz, həmin qrafikə əsasən artıq rayon təşkilatının ilk partiya təşkilatlarında yığıncaqlara yekun vurulub və konfransa 240-a yaxın nümayəndə müəyyənləşdirilib.

DİGƏR Partiya xəbərləri Arxiv