YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üzrə dərhal tədbirlər görməyə çağırıb

ABŞ Dövlət Departamenti (DD) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində xeyli sayda insan itkisinə yol açan zorakılığın artması ilə bağlı dərin narahatlığını ifadə edib. Trend-in məlumatına görə, bu barədə Vaşinqtonda DD-nin nümayəndəsi Cen Psaki brifinqdə bildirib.

"Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyin azaldılması üzrə dərhal tədbirlər görməyə və atəşkəs sazişinə hörmət etməyə çağırırıq. Bu münaqişənin hərbi yolla həlli ola bilməz".

Psakinin sözlərinə görə, qisas və zorakılığın davamı yalnız sülh nizamlanması imkanının çətinləşdirə bilər.

O bildirib ki, Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki kimi tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə hazırdır.

O deyib: "Biz ənənəvi olaraq bu məsələlər üzrə dialoqun davam etdirilməsi üçün tərəflərin görüşlərini dəstəkləməyə hazırıq".