YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təbrik ünvanladı

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə təbrik etmək istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizin, xalqınızın rifahı və firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin Birinci vitse-prezident vəzifəsindəki fəaliyyətiniz, xüsusən də 2017-ci ildə Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasına sədrlik etdiyi və 2017-ci ilin Beynəlxalq İnkişaf naminə Davamlı Turizm ili kimi qeyd olunmasının Azərbaycan tərəfindən dəstəkləndiyi bir zamanda, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin təməlini qoyduğu əlaqələrimiz daha da güclənəcək.

Sizi yeni vəzifəniz münasibətilə bir daha təbrik edir və may ayında keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakı şəhərinə səfərim zamanı Sizinlə görüşmək ümidi ilə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”