YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ombudsman institutu insan hüquqlarının qorunması sahəsində təqdirəlayiq işlər həyata keçirir

«Azərbaycanda dövlət üçün prioritet olan insan hüquqlarının qorunması sahəsində xeyli işlər görülüb». Bu fikri Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ölkəmizdə 15 ildir ki, Ombudsman institutu səmərəli fəaliyyət göstərir. Onun sözlərinə görə, Ombudsman institutu insan hüquqlarının qorunması sahəsində təqdirəlayiq işlər həyata keçirir.

«Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Eyni zamanda, insan hüquqları komitəsi ilə əlaqələr daha da genişlənir. Ombudsmanın müzakirəyə təqdim olunmuş illik məruzəsində müvəkkilin insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən vətəndaşların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması, maarifləndirmə işinin aparılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələləri əks olunub. Məruzədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər, orada əhatə olunan sahələr barədə məlumat verilir. Biz ötən dövrdə Ombudsmanla birgə işləmişik və qarşılıqlı faydalı əməkdaşlığımız mövcuddur»- deyə, B.Muradova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv