YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır

Bu gün Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinlənilib.

Məruzəni ombudsman Elmira Süleymanova təqdim edib. E.Süleymanova Azərbaycanda 2016-ci il üzrə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında məruzədə əks olunan məsələlər barədə ətraflı məlumat verib. O bildirilb ki, 15 illik fəaliyyəti dövründə insan hüquqları üzrə müvəkkilin ünvanına ümumilikdə 148750, o cümlədən ötən il 18740 müraciət daxil olub. İl ərzində müvəkkil tərəfindən 3636 şəxs qəbul olunub. Şikayətlərin 57,4 faizinin baxılmasından obyektiv səbəblərdən imtina edilib, 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 63,6 faizi təmin olunub. Müvəkkilə müraciətlərin asanlaşdırılması üçün Gəncə, Quba, Şəki və Cəlilabad rayonlarında 4 regional mərkəz yaradılıb, eyni zamanda, “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyət göstərir.

Qeyd edilib ki, 2016-ci il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda müvəkkil və Ombudsman Aparatının əməkdaşları müxtəlif seçki məntəqələrində müşahidəçi qismində fəal iştirak ediblər. Ombudsman institutu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik aktlarına təkliflərlə çıxış edir. «Azərbaycanda insan hüquq və azadlıqlarını təmin olunması istiqamətində mühüm addımlar atılır»- deyə, ombudsman qeyd edib.

Müzakirələrdən sonra illik məruzə qəbul edilib.