YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, ölkəmizin Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş “Azərbaycan günləri” çərçivəsində silsilə tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdən əvvəl Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Dostları Assosiasiyasınin prezidenti, Fransa parlamentinin üzvü Jan Fransua Mansel ilə Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasınin baş katibi Mirvari Fətəliyeva arasında rəsmi görüşlər keçirilib.

Daha sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib.

Konfransdan sonra 1919-cu ildə Paris Sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən sənədli film nümayiş etdirilib.

Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, ölkəmizin təbiətinə həsr edilmiş rəsm və fotosərgi nümayiş etdirilib. Sərginin açılışında şəhərin meri İ.Fulon, J.F.Mansel, səfir Ə.Əmirbeyov çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv