YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan regional və qlobal əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib

«Azərbaycan indiyədək regional və qlobal əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu layihələr dövlət maraqlarımıza tam cavab verir. Onun sözlərinə görə, ölkəmiz sıx partnyorluq əlaqələri qurduğu tərəfdaşları ilə əməkdaşlığın qarşılıqlı faydalılıq prinsipi əsasında dərinləşməsinə çalışır və yeni faydalı təşəbbüslər irəli sürür.

«Ölkəmizi fərqləndirən bu cəhətlər enerji siyasətində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək Azərbaycanın fəal iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra irimiqyaslı enerji layihələri uğurla həyata keçirilib. Məhz respublikamızın şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı sayəsində Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Hazırda isə Azərbaycanın fəal iştirakı ilə inşa olunan Cənub Qaz Dəhlizi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir»- deyə, A.Badamov qeyd edib.