YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənistan hakimiyyəti cəbhədə təxribatlar törətməklə parlament seçkilərində uğur qazanmağa çalışır

«Ermənistan hakimiyyəti cəbhədə təxribatlar törətməklə parlament seçkilərində uğur qazanmağa çalışır». Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Serj Sarkisyan bununla ictimai rəyi daxildəki problemlərdən, laxlamış mövcud rejim əleyhinə olan narazılıqlardan yayındıraraq “xarici düşmən” üzərinə yönəltmək istəyir. Onun fikrincə, Sarkisyan cəbhədə hərbi təxribat törətməklə yaxınlaşan parlament seçkilərində qələbəsini təmin etməyə çalışır.

 «Hesab edirəm ki, Sarkisyan Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana təzyiq etməyə cəhd edir. O işğal nəticəsində yaradılmış qondarma qurumu tərəf kimi tanıtmağa da cəhd göstərir. Amma bu məqsədlərinə nail ola bilməyəcək»- deyə, M.Qasımlı vurğulayıb.