YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistana qarşı xüsusi təzyiq vasitələrindən istifadə edilməlidir

«Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən danışmağa dəyməz». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlardan istifadə etməlidir. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər.

«Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində müsbət dinamikanın yaranması üçün əsas şərtdir. Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur.
Əlbəttə ki, dünyada baş verən proseslərin fonunda deyə bilərik ki, əgər beynəlxalq birlik məsələyə ikili standartlarla yanaşmasa münaqişəni qısa müddət ərzində sülh yolu ilə həll etmək mümkündür. Çünki Ermənistan dərin iqtisadi böhran məngənəsindədir və çox zəif dövlətdir. Buna görə də, əgər sərt təpki olsa, onun beynəlxalq hüquqa qarşı çıxmasına cəsarəti çata bilməz. Sadəcə, işğalçı dövlətə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün sanksiyalar tətbiq olunması qısa müddətdə ciddi effekt verə bilər. Amma təəssüf ki, beynəlxalq birlik bunu etmir»- deyə, E.Məmmədov vurğulayıb.