YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır

«Azərbaycan müstəqillik illərində 230-dan çox beynəlxalq konvensiyaya qoşulub». Bu fikri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, Azərbaycanda penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi əhəmiyyətlidir.

«Bütün bunlar  məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi, onların şəraitinin yaxşılaşdırılması  baxımından önəmlidir.Eləcə də, ölkəmizdə yeni əfv institutu formalaşıb, indiyədək on amnistiya aktı, altmışdan çox əfv tətbiq olunub, minlərlə insan azadlığa qovuşub» - deyə, ombudsman vurğulayıb.