YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Əliyev: Azərbaycanda dövlətin gənclər siyasətinin miqyası böyükdür

Azərbaycandakı sabitlik və təhlükəsizlik nümunəsi dünyada yüksək qiymətləndirilir.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

V.Əliyev bildirib ki, Azərbaycanın inkişafı, ölkəmizdəki sabitlik və təhlükəsizlik nümunəsi dünyada yüksək qiymətləndirilir: "Bunun birinci səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara söykənən siyasət, ikinci səbəbi isə Azərbaycan xalqı tərəfindən bu siyasətin dəstəklənməsi, dünyada qəbul olunmasıdır".

PA rəsmisi qeyd edib ki, keçmişdə də, bu gün də dünyada bəzi qüvvələr məqsədlərinə nail olmaq üçün gənclərdən istifadə edirlər və bir sıra hallarda da öz məqsədlərinə nail olurlar: "Azərbaycanda 1992-ci illərdə gənclər ayrı-ayrı siyasi qruplara bölünərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş gənclər siyasətinin əsası qoyuldu, gənclər siyasətinin konseptual əsasları yaradıldı. Bu gün Azərbaycanda gənclərə böyük diqqət göstərilir, Gənclər Fondu yaradılıb, gənclərin inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir. Azərbaycanda dövlətin gənclər siyasətinin miqyası böyükdür, gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Bu gün gənclərin Azərbaycan cəmiyyətinin inkişafına böyük töhfələrini görmək mümkündür. Bu gün müxtəlif sahələrdə uğurlara imza atan gənclər görürük".

DİGƏR Xəbərlər Arxiv