YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Məcburi köçkünlərin fevral və mart ayları üçün müavinətləri Novruz bayramından əvvəl birlikdə veriləcək

Məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Martın 4-də Dövlət Komitəsində müşavirə keçiriləcək və siyahılara baxılacaq.

Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Əli Həsənov deyib ki, məcburi köçkünlərin fevral və mart ayları üçün müavinətləri Novruz bayramından əvvəl bir yerdə veriləcək: “Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi, yəni hər ay aparılacaq. Ola bilər ki, bəzi yanlışlıqlar olub, bunlar da nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, yəni Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb özləri ödəniş edəcəklər.