YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistana beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır

«Ermənistana beynəlxalq  birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, işğalçı dövlətə qarşı indiyə qədər sanksiya tətbiq olunmasının səbəbləri var. Onun sözlərinə görə, buna səbəb ermənilərin yaxşı havadarlarının olmasıdır.

«Bu məsələ hamıya məlumdur ki, Rusiya, ABŞ və bir çox xarici ölkələr ermənilərin tərəfindədir. Rusiyanın üstü-üstə güzəştlə verdiyi qaz, ABŞ-ın maliyyə yardımı bunlara bir sübutdur. Əgər elə qitələrin nəhəng dövlətləri onları dəstəkləyirsə digər ölkələrdən nə gözləmək olar?” – deyə, politoloq qeyd edib.

Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edildiyi halda Ermənistan barəsində  ölçü götürülməməsinə gəlincə isə R.Musabəyov  vurğulayıb ki, yenə də səbəb qitənin aparıcı ölkələrinin onların tərəfində olmasıdır.