YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Bu gün ölkəmizdə hərbi sahəyə diqqət hər zaman mövcuddur

«Bu gün ölkəmizdə hərbi sahəyə diqqət hər zaman mövcuddur. Azərbaycanın hərbi gücü, potensialı artıqdca bu nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərir». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu günkü dünyada beynəlxalq hüquq işləmir əksinə güc faktoru əsas faktora çevrilib. Onun sözlərinə görə, Azərbaycan ordusu kifayət qədər güclüdür və regionda olduqca güclü orduya çevrilib.

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır”. Ona görə də, ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma  və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər»- deyə, politoloq qeyd edib.