YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Azərbaycanın Rusiya və Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların iclaslarının vaxtı müəyyənləşib

Azərbaycanın Rusiya və Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların Bakıda keçiriləcək iclaslarının vaxtı müəyyənləşib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, iclaslar aprelin 13-17-də keçiriləcək.

Nazir müavini deyib ki, Rusiya ilə dövlət sərhədlərinin demarkasiyası üzrə iclas ekspertlər, Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası ilə bağlı iclas isə komissiya sədrləri səviyyəsində keçiriləcək.

Xatırladaq ki, Gürcüstanla dövlət sərhədlərinin üçdə iki hissəsi komissiya tərəfindən razılaşdırılıb. Rusiya ilə dövlət sərhədlərinin demarkasiyası üçün isə hüquqi-normativ aktlar üzərində iş gedir.

DİGƏR Xəbərlər Arxiv