YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxan Mehriban Əliyevanı təbrik edir

Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetinin 28 fevral nömrəsində Rusiya Federasiyasının Fəxri Ümumtəhsil İşçisi, Heydər Əliyev adına 11 nömrəli şəhər orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirovanın “Həştərxan Mehriban Əliyevanı təbrik edir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalənin müəllifi oxuculara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ictimai-siyasi, o cümlədən Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti barədə geniş məlumat verir. T.Tixomirova vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi, Qafqazda ən böyük ictimai təşkilat olan Heydər Əliyev Fondu öz xeyriyyəçilik və yaradıcı fəaliyyəti ilə bütün dünyada nüfuz qazanıb. Fondun dəstəyi ilə Həştərxanda bir neçə sosial layihə həyata keçirilib, o cümlədən Heydər Əliyev adına orta ümumtəhsil məktəbi təmir edilib və yenidən qurulub.

T.Tixomirova məqalədə Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə həştərxanlılar adından təbrik edir və gördüyü xeyirxah işlərə görə ona minnətdarlığını bildirir. Məqalənin müəllifi, həmçinin əmindir ki, yüksək vəzifə Mehriban Əliyevaya bütün dünyada harmoniyanın yaradılmasına və inkişafına yönələn missiyasını daha fəal yerinə yetirməyə kömək edəcək.

DİGƏR Xəbərlər Arxiv