YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Paşa Nemətov: Müasir dünyanın yenilikləri ilə ən köklü milli ənənələrin sintezi Mehriban xanımın fəaliyyətinin aparıcı istiqamətidir

“Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xəbərini böyük sevinclə qarşıladım. Bu mühüm və vacib təyinat münasibətilə Mehriban xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni vəzifəsinin icrasında böyük uğurlar arzu edirəm”.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti, professor Azər Paşa Nemətov deyib.

O bildirib ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi xalqımızın və ictimaiyyətin böyük rəğbətini qazanıb: “O, bütün sahələri, o cümlədən teatr sahəsini təmsil edən insanlara böyük diqqət və qayğı göstərib. Ümummilli liderimizin adını daşıyan fondun rəhbəri kimi Mehriban xanımın mədəni irsimizin istər ölkə daxilində, istərsə də ölkə xaricində qorunması və qiymətləndirilməsi istiqamətində son dərəcə böyük xidmətləri var. Mehriban Əliyeva bütün fəaliyyəti boyu qloballaşan dünyada milli-mənəvi dəyərlərə sadiq qalmağın vacibliyini əsas götürməklə bərabər, onu praktiki surətdə həyata keçirir. Müasir dünyanın yenilikləri ilə ən köklü milli ənənələrin sintezi Mehriban xanımın fəaliyyətinin aparıcı istiqamətidir”.

A.P.Nemətov əlavə edib ki, Mehriban Əliyeva təkcə mədəniyyət və incəsənət sahəsindəki səmərəli fəaliyyəti ilə uğur qazanmayıb. O, eyni zamanda böyük xeyriyyəçi, humanist insan kimi tanınır və sevilir:

“Mehriban xanımın böyük sevgisi və qayğısı sayəsində minlərlə insan öz sağlamlığına qovuşub, ikinci dəfə həyat qazanıb. Bütün bunlar Mehriban Əliyevanın nə qədər böyük və ali hisslərlə yaşadığını göstərir. Əlbəttə ki, bu ali hissləri həm də insanın böyüdüyü ailə, mühit və təmsil etdiyi ziyalı, kübar şəcərə formalaşdırır. O, böyük ürəyə sahib gözəl xanım olmaqla bərabər, gözəl həyat yoldaşı, qayğıkeş anadır. Bu xüsusiyyətlər bizim xalqa xas olan ən ali keyfiyyətlərdir ki, hər birini Mehriban xanım özündə birləşdirir. Bizim xalqa üç dəyərli övlad bəxş edən ana kimi Mehriban xanım onları nümunəvi vətəndaş, ləyaqətli insan kimi boya-başa çatdırıb, tərbiyə edib. Teatr ictimaiyyəti, o cümlədən Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi adından Mehriban Əliyevanı bir daha təbrik edir, ona ən xoş arzularımı ünvanlayıram”.