YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın bir sıra şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyaları keçirilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Milan, Piza, Rimmini və Pavia şəhərlərinin əsas meydanlarında Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən məlumatlandırma aksiyaları təşkil olunub. Aksiyalarda İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə bu ölkədəki Azərbaycan diaspor nümayəndələri iştirak ediblər. Aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımı və digər cinayətlər barədə həqiqətləri yaymaq olub.

Aksiyaların iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!” və digər şüarlar yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımının baiskarlarının cəzalandırılması və bu soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.

Romada keçirilmiş aksiya zamanı Xocalı qurbanlarına həsr edilmiş musiqili bədii kompozisiya səsləndirilib.

Aksiyalara maraq göstərən insanlara Xocalı soyqırımını əks etdirən broşürlər və bukletlər paylanılıb.