YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaq

«IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə may ayının 12-dən 22 kimi Azərbaycanın paytaxtı Bakı şəhərində keçriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Asambliyasında qərar qəbul edilib. Bu qərar Azərbaycanda böyük razılıq hissi ilə qarşılanıb». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Onun sözlərinə görə, İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı, həyata keçrilən müasir infrostruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır.

«Yüksək səviyyədə keçrilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın sədrlik etməsi indidən deməyə əsas verir ki, bu beynəlxalq tədbir çox yüksək səviyyədə təşkil olunacaq. İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan öz potensialını nümayiş etdirsin. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən yüksək səviyyədə təşkil olunsun»- deyə, R.Əliyev vurğulayıb.

R.Əliyev qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır. Onun fikrincə, oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs bu reallıqları öz gözləri ilə görəcəklər: «Çox təəssüflər olsun ki,İslam aləmini əhatə edən cografyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək qonşu ölkələrə , əksəriyyəti isə Avropa ölkələrinə üz tutmuşlar. Aydındır ki, bu münaqşələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir.Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfiliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün ,iştirakçı dövlətlər üçün , İslam dünyası üçün ,ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir»- deyə, millət vəkili bildirib